Bakıda metronun içində “Metro Gallery” layihəsi çərçivəsində vətəndaşlara sərgi təqdim olunacaq. Bu barədə 22 sentyabr tarixində Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

24 sentyabr tarixindən Gənclik stansiyasının keçidlərində “Metro Gallery” adlı xüsusi bir sərgiyə start veriləcək. “Könlüm keçir Qarabağdan” adlı foto-sərgisi işğaldan azad edilmiş Qarabağa, Şərqi Zəngəzurun rayonlarına, bölgələrinə həsr ediləcək. Foto-sərgidə Milli Arxiv idarəsinin nadir fotolarından, 50-60-cı illərin unikal şəkilləri nümayış olunacaq.