Paytaxtın Nəsimi rayonunda küçələrin birinə müvəqqəti məhdudiyyət qoyulacaq. Bu haqda bu gün, 22 sentyabrda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti məlumat yayıb.

Ceyhun Səlimov küçəsinin Əbdülvahab Salamzadə küçəsindən 3-cü mikrorayon dairəsinədək olan hissəsində təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar yolun qeyd olunan hissəsi 22 sentyabr 22:00-dan 23 sentyabr 08:00 qədər məhdudlaşdırılacaq.

Daha öncə, ötən gün axşam saatlarından bu gün 22 sentyabr səhər saatlarınadək eyniadlı küçənin 3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinə qədər olan hissəsinə giriş bağlanmışdır.