Bu gün saat 07:40-dan başlıyaraq Bakının Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən Heydər Əliyev adına Neft Emalı Zavodundan alov və qatı tüstü atmosferə yayılması müşahidə olunub.

“Zavodun reqlamentinə əsasən, zərurət qarşısında qəzanın baş verməməsi üçün qazlar məşəl lüləsinə buraxılıb yandırılmalıdır. Bu tədbir yalnız zərurət qarşısında, çox nadir hallarda həyata keçirilir və daha böyük fəsadlara yol verilməməsi üçün nəzərdə tutulur”-faktla bağlı SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov açıqlama verib.

Qeyd edək ki, saat 07.40-da başlayan tüstü saat 08:30-kimi davam edib.

Video Bakuplus.az