24 sentyabr tarixində Bakıda “Danışan əllər” işarət dili təlimi keçiriləcək.

Təlim Sabunçu rayon ərazisində yerləşən Gənclər Evində saat 15:00-da başlayacaq.

Təlimçi qismində Nuranə Abıyeva iştirak edəcək.

Mövzular:

  • İşarət dilini ən asan öyrənməyin yolları hansılardır
  • İşarət dilini anlamaq çox çətindir
  • İşarət dili bizə nə kimi kömək ola bilər

Qeydiyyatdan keçmək mütləqdir. İştirak etmək istəyənlər Instaqram səhifəsinin rəy bölməsində “+” yazdıqdan sonra qeydiyyat linkini əldə edəcəklər.

Nuranə Abıyeva artıq 6 ildir ki, eşitmə məhdudiyyətli şəxslərlə bağlı layihə, tədbir, təlimlərlə əlaqədar işlər görür. Eyni zamanda İctimai televiziyanın “Sabahın xeyir, Azərbaycan” verilişində müxbir-aparıcı vəzifəsində çalışır.

Sabunçu Gənclər Evi Bakıxanov qəsəbəsi, Yavər Əliyev 91A ünvanında yerləşir.

Əlaqə nömrələri: +994 12 425 60 21, +994 50 855 07 00