21 sentyabr tarixindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Aydar Zakirovun rəhbərliyi ilə ustad dərsləri keçirilir. Təlim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilir.

Rusiya Teatr Sənəti İnstitutunun Səhnə hərəkəti və plastika kafedrasının müdiri Aydar Zakirov Azərbaycan Dövlət Akademik Musiqili Teatrında hərəkəti və qılıncoynatma fənləri üzrə ustad dərslərinə start verib. Təlimlərdə gənc aktyorlar, xoreoqraflar, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri də iştirak edirlər.

Qeyd edək ki, dərslər 24 sentyabr tarixinə qədər davam edəcək.