Səbail rayonunda tikinti şirkəti təhlükəsizlik və inşaat qaydalarını kobud şəkildə pozub. Bu barədə 22 sentyabr tarixində məlum olub.
Səbail rayonu, Rastrapoviçlər küçəsində tikinti şirkəti sahəni alaraq, əvvəlcə yeraltı qaraj adı ilə tikintiyə başlamasına baxmayaraq, sonradan 13 mərtəbəli yeni bina inşa edib. Ara məsafəsinin düzgün nizamlamadığından, yaxında olan 3-mərtəbəli köhnə tikilinin eyvanları yeni binanın içərisində qalıb. Bu isə sakinlərin narazılığına səbəb olub.
Qanuna əsasən yaşayış mənzilləri ilə tikiləcək tibb müəssisəsi arasında azı 20 metr məsafə olmalıdır.
Qeyd edək ki, şirkət artıq bir-neçə ildir vəsaitin olmamasından binanın tikilməsini dayandırıb.