Paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 22 sentyabr tarixində məlum olub.

16 yaşlı Riyad Babayev Əhmədli qəsəbəsində tanışı ilə mübahisə edərkən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Bundan əvvəl, 13 sentyabr tarixində Qaradağ rayonunda gənc oğlan tanıdığı şəxs tərəfindən bıçaqlanmışdır.