Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün 22 sentyabrda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bakı şəhər sakini V.Hacıyev “Hyundai” markalı avtomobili idarə edərkən yolu keçən paytaxt sakini Sənan Quliyevi vurub. Sonuncu aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son sutka ərzində paytaxt ərazisində 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Onlardan üçü Nərimanov, dördü isə digər rayonlarda baş verib.