23 sentyabr tarixində Bakı Atıcılıq Mərkəzində şəhid, qazi, veteran və aztəminatlı ailələrin övladları, eyni zamanda paralimpiyaçılar və gənclər üçün ekskursiya təşkil edilib. Bu haqda Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ekskursiya Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi, Suraxanı Gənclər Evi və Bakı Atıcılıq Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirin keçirilməsində məqsəd vətənpərvərlik ruhunun gənclərdə aşılanması və onların vətənə olan bağlılığının gücləndirilməsi, gənclərdə idmana olan sevgisinin artırılması, güllə atıcılığı idman növünə gənclərə marağın yaradılması olub.

Ekskursiyada gənclər mərkəz barədə və atıcılıqla bağlı bir sıra məlumatlar əldə edib, tanınmış atıcılarla görüşüblər.

Daha sonra ekskursiya iştirakçıları arasında atıcılıq yarışı keçirilib.