22 sentyabr tarixində Bakıda elektrovoz velosipedçini vuraraq öldürüb. Hadisə paytaxtın Qaradağ rayonunda baş verib.Bu barədə 23 sentyabrda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 22-i saat 20:00 radələrində Səngəçal qəsəbəsi ərazisindəki qorunan keçiddə Biləcəri lokomotiv deposuna məxsus olan elektrovoz velosipedlə hərəkət edən Hüseyn Quluzadəni vurub. Hadisə nəticəsində o, aldığı xəsarətlərdən yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.