Bakıda 2-ci Fəxri Xiyabanda şəhid polkovnik-leytenant Rəşad Quliyevin xatirəsinə anım mərasimi keçirilib.
Tədbirin açılışında Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbani iştirak edib. O, şəhid R.Quliyevlə şəxsi tanışlığından, onun qəhrəmanlıqlarından danışıb.
Mərasimdə, həmçinin, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da öz fikirlərini səsləndirib.
Şəhidin anım mərasimi məktəblilərin şeir kompozisiyası ilə davam edib.
Şəhidin anası Mətanət Quliyeva gənc zabitlərə ürək sözlərini və arzularını bildirib. Şəhidin xanımı Aytən Quliyeva belə bir şəxsiyyətin ömür yolunda payı olduğu üçün fəxr etdiyini bildirib.
Sonda Zığ qəsəbəsində şəhid Rəşad Quliyevin adına xatirə-abidə kompleksinin açılış mərasimi keçirilib.