Paytaxt ərazisində narkotik maddələrin alveri ilə məşğul olan daha 6 nəfər saxlanılıb. Bu haqda bu gün, 23 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yasamal, Nizami rayonu Keşlə qəsəbəsi, Binəqədi rayonu Sulutəpə qəsəbəsi və Xəzər rayonlarında aparılan əməliyyatlar zamanı ümumilikdə 3 kiloqrama yaxın heroin və metamfetamin, 4 kiloqramdan çox marixuana və 4 ədəd metadon həbi dövriyyədən çıxarılıb.
Son sutka ərzində ölkə ərazisində keçirilən əməliyyatlar zamanı 13 nəfər tutulub. Ümumilikdə 27 kiloqrama yaxın vasitələr, psixotrop maddələr və həblər, həmçinin, 58 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.