Bakı İstintaq təcridxanasında cəza çəkən şəxsə narkotik maddə yollayıblar. Bu haqda bu gün, 23 sentyabrda Penitensiar xidmətinin mətbuat xidməti məlumat yayıb.
7 il müddətinə azadlıqdan məhrum edilmiş Ceyhun Qəribağaya poçt vasitəsilə sovqat yollanıb. Sovqata baxış keçirilən zaman orada olan 1 cüt coraba xüsusi yolla hopdurulmuş 1,743 qram heroin aşkarlanıb.
Bundan əvvəl, 22 sentyabr tarixində Bakıda qadın təcridxanaya soğanın içərisində narkotik keçirməyə çalışmışdır.