Paytaxtın Binəqədi rayonunda 3 nəfər oğurluqda şübhəli bilinərək saxlanılıblar. Bu haqda bu gün, 23 sentyabr tarixində Daxili İşllər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bakı şəhər sakinləri N.Süleymanov, S.Əzizov və E.Rəsulov müxtəlif vaxtlarda dörd ev və həyətlərdən su mühərriki, naqil, inşaat materialları və tikinti alətləri oğurlayıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Daha öncə bu gün, 23 sentyabr tarixində Binəqədi rayonunda 2 nəfər şəxs oğurluqda şübhəli bilinərək saxlanılmışdılar.