Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında yerləşən “OBA market”in qarşısında ağacların kəsilməsi ilə bağlı aparılan araşdırma başa çatıb. Bu haqda bu gün, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov məlumat verib.

Araşdırma zamanı məlum olub ki, ərazidə 2 ağac kəsilib və 3 ağac düzgün budanmayıb. Nəticədə təbiətə 1200 manat dəyərində ziyan dəyib.

İlkin araşdırma zamanı, OBA marketin qarşısındakı ağacların market rəhbərliyinin göstərişi ilə kəsildiyi və təbiətə dəymiş ziyanın məbləği ilə əlaqədar toplanmış sənədlər Binəqədi rayon prokurorluğuna göndərilib.

Kəsilmiş və düzgün budanmamış ağacların əvəzinə Bakı şəhər Yaşıllaşdırma Birliyi tərəfindən yeni ağaclar əkilib.