Bakıda Heydər Əliyev prospektində iki avtomobil toqquşub. Bu haqda bu gün, 23 sentyabr tarixində TikTok sosial şəbəkəsində videogörüntülər yayılıb.

“Toyota Prius” markalı avtomobilin sürücüsü qarşıdakı avtomobili sağdan ötməyə çalışarkən, həmin maşına çırpılıb. İlkin məlumata əsasən, xəsarət alan yoxdur.

Ümumilikdə, ötən sutka ərzində Bakı şəhəri ərazisində avtomobillərin iştirakı ilə azı 8 yol-nəqliyyat hadisəsi baş verib.

Statistikaya görə, bu il sentyabrın 15-ə qədər Bakı şəhərində 321 qəza hadisəsi qeydə alınıb. Həmin qəzalar nəticəsində 127 nəfər həyatını itirib, 264 nəfər isə xəsarət alıb.