Bakının 2 rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə 23 sentyabr tarixində məlum olub.
Çiçək qəsəbəsində mübahisə zəminində 32 yaşlı Vüqar Quliyev bıçaqlanıb. Yaralı qarnın sol yan divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.
Mübahisə zəminində baş verən digər bıçaqlanbma hadisəsi Lökbatan qəsəbəsində baş verib. İki qardaş 23 yaşlı Kamil Cəfərov və 20 yaşlı Samir Cəfərov qohumu Sərxan Dadaşov tərəfindən bıçaqlanıblar. Onlar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin Kamil Cəfərovin həyatını xilas etmək mümkün olmayıb.
Dadaşova qarşı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.