Paytaxtın Nərimanov rayonu Mirzə Uluqbəy küçəsi əsaslı təmir olunub. Bu haqda bu gün, 23 sentyabrda Avtomobil Yolları Dövləti Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Uzunluğu 630 metr olan küçədə xüsusi parkinq yerləri yaradılıb, suların kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi bərpa edilib, yaşıllaşdırma və abadlıq işləri icra olunub.

Hal-hazırda Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10,5 km olan 15-dən artıq küçə və yolun təmiri işləri aparılır.

Foto Aayda.gov.az saytı
Foto Aayda.gov.az saytı
Foto Aayda.gov.az saytı
Foto Aayda.gov.az saytı
Foto Aayda.gov.az saytı
Foto Aayda.gov.az saytı