23 sentyabr tarixində Bakının Xəzər rayonunda 4 küçə və bir döngədə təmir işləri başa çatdırılıb.

Binə qəsəbəsi üzrə ümumi uzunluğu 7 km olan Nəsimi və Nizami Abbasov küçələrində, həmçinin Bolluq massivi, Cəfər Cabbarlı və Bünyadzadə küçələrində təmir işləri yekunlaşıb.

Hazırda qəsəbədə uzunluğu 600 metr təşkil edən “Köhnə yarmarka” yolunun təmiri işləri aparılır.

Binə qəsəbəsində 7,6 km-lik 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1,2 km-lik 1 küçə, Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7,5 km olan 3 yolda təmir işləri davam etdirilir.

Rayonun Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7,5 km olan 3 yolda rahat gediş-gəlişin təmin olunması istiqamətində agentlik təmir işlərini yekunlaşdırmaq üzrədir.

Bu il Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri və tikintisi aparılır.

Xəzər rayonu üzrə Buzovna qəsəbəsində təmir işləri Xəzər küçəsində də davam etdirilir. Sözügedən küçəndə uzunluğu 1200 metr, eni isə ortalama 6 metr təşkil edən küçə təmir olunub.