İçərişəhərdə “ABAD”ın yaradılmasının beşinci ildönümünə həsr olunan “V mövsüm” adlı sərgiyə start verilib. Sərgi “Abad”ın təşkilatçılığı ilə qurumun İçərişəhər etno-butikində keçirilir. Ziyarət etmək istəyənlər üçün bu gün son gündür.
Sərgidə təqdim olunan eksponatların bir çoxu ilk dəfə nümayiş etdirilir.
Eksponatlar “ABAD”ın beş illik fəaliyyətini, Nizami Gəncəvi ilini, Qarabağa qayıdışı və Azərbaycana aid xalq sənətkarlıq nümunələrini özündə təcəssüm edir.
Sərgidə nümayiş olunan ekspozisiyalar “ABAD”çı rəssamlar Mir Teymur Məmmədov, Gülnarə Mahmud, Esmira Rəhimli, Fərid Nəcəfov, Elmira Hacıyeva, İlham Səfərli, Natalya Zeynalova, Ruslan Hüseynov və Fuad Cəbrayılova aiddir.
İçərişəhər Dövlət Tarixi-Memarlıq Qorğununun ərazisi, Asəf Zeynallı küçəsi 67 ünvanında yerləşir.
“ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.