23 sentyabr tarixində Prezident İlham Əliyev Suraxanı rayonuna aid sərəncam imzalayıb.

Sərəncama əsasən Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması və təmir üçün dövlət büdcəsindən 6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.