Ötən gün Bakı məktəblərində  3 şagird və 1 müəllimdə yüksək temperatur aşkar olunub. Bu barədə bu gün, 24 sentyabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bildirib.

Həmin insanlar təhsil müəssisəsinə buraxılmayıblar. Daha 6 şagird sinifdən ayrılaraq izolyasiya otağına yerləşdiriliblər.

Yaranmış vəziyyətlə bağlı BŞTİ bildirib ki, tədris və təlim-tərbiyə prosesi müvafiq qaydalara uyğun olaraq təşkil olunub: “Həmçinin təhsil müəssisələri virus əleyhinə qoruyucu vasitələr, dezinfeksiyaedici maddələr və temperatur ölçən cihazlarla təmin edilib.

Məktəb həyətlərində sosial məsafənin qorunması məqsədilə işarələmə işləri aparılıb, məlumat xarakterli lövhələr yerləşdirilib. Aparılan dezinfeksiya işləri ilə bərabər məktəbə gələn hər bir şagirdin temperaturu ölçülür.