Paytaxt Universitetlərinin birində kadr dəyişiklikliyi baş verib. Bu haqda bu gün, 24 sentyabr tarixində Universitetin rəsmi saytında məlumat paylaşılıb.
Azərbaycan Texniki Universitetinin karyera mərkəzinin müdiri Aytac Rzayeva vəzifəsindən azad edilib.
Keyfiyyətin idarə edilməsi şöbəsinin müdiri Təhminə Yaqubova karyera mərkəzinin müdiri vəzifəsinə təyin olunub. Yaqubovanın yerinə Tədris hissəsinin müdiri Qəmər İsayeva təyin olunub.
Maşınqayırma və robototexnika fakültəsinin dekanı Ərəstun Məmmədov isə İsayevanın yerinə təyin olunub. Qeyd olunan fakültənin dekanı vəzifəsi müvəqqəti olaraq dekan müavini Elgün Şəbiyevə həvalə edilib.