Bakı Dövlət Universitetində ən yüksək nəticə göstərən tələbələrinə Nizami Gəncəvi adına təqaüd veriləcək. Bu barədə 24 sentyabr tarixində BDU-nin rəsmi səhifəsində məlumat verilib.

Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Bakı Dövlət Universitetində “Nizami Gəncəvi İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb. Planına uyğun olaraq, BDU-də bu günə qədər 20-dən çox tədbir həyata keçirilib. Bu tədbirlərin içində Nizami Gəncəvi adına xüsusi təqaüd təsis edilib. Filologiya və Şərqşünaslıq fakültələrində təhsil alan, 2020/2021-ci tədris ilinin II semestr üzrə ən yüksək nəticə göstərən tələbələrinə bu təqaüd veriləcək.