24 sentyabr tarixində Bakının 3 rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Nizami rayonunda 26 yaşlı Vahid Sadıqova aid “Saipa” markalı avtomobil Qara Qarayev prospektində 54 yaşlı Namiq Abdullayevin idarə etdiyi “Renault” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü yüngül xəsarət alıblar.
Nərimanov rayonunda 14 yaşlı Milena Hacıxanova yola keçən zaman avtomobil tərəfindən vurulub. Yaralı qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnoz ilə xəstəxanaya yerləşdirilib.
Oxşar daha bir yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda baş verib. Yolu keçən zaman 54 yaşlı Edson İmanovu avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb və ona sağ baldır və qasıq sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub.
Hər 3 faktla bağlı araşdırma davam edir.