Bakıda həftəsonu ictimai nəqliyyata qoyulan qadağa ləğv edilir. Bu barədə 24 sentyabr tarixində məlum olub.

Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən  həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə qoyulan qadağa ləğv olunur.

Qeyd edək ki, rayonlara gedən sərnişinlərdən isə COVID-19 pasportu tələb olunacaq.