Bakının Xəzər rayonunda ərzaq mağazasında yanğın baş verib. Bu haqda bu gün, 24 sentyabr səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Ümumi sahəsi 70 kv.m olan mağazanın içərisində olan mallar 60 kv.m sahədə yanıb. Yüksək temperatur nəticəsində içəridə olan 2 vitrin soyuducusu əriyib. Hadisə yerinə FHN-nin briqadası cəlb olunub. Mağazanın qalan hissəsi, bitişik tikililər və evlər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.

Daha öncə, 23 sentyabr Sabunçu rayonunda yarımstansiya ərazisində 3 ədəd yağ açarı, Xətai rayonunda isə səkkizmərtəbəli binanın birinci mərtəbəsində 6 ədəd elektrik sayğacı və kabellər yanmışdır.