Xəzər rayonu, Binə qəsəbə sakininin yaşadığı evdən 3750 manat, nişan üzüyü və ona dövlət tərəfindən verilən “Xocavəndin azad olunmasına görə” medalı oğurlanıb. Bu haqda Daxili İşlər Nazirliyi bu gün, 24 sentyabr tarixində, məlumat verib.

Qəsəbə sakini hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəşad Əliyev saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oğurlanan pul və əşyalar aşkar olunub. O, ifadəsində törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır. Əliyevin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu haqda müvafiq polis idarələrinə müraciət edə bilərlər.

Foto Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi Youtube səhifəsi