23 sentyabr tarixində Beynəlxalq Muğam Mərkəzində ABŞ-da təşkil olunan “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti baş tutub.
Müsabiqədə 26 ölkədən, 51 bəstəkar iştirak edib. Mükafatlar Paris, İsrail, Kolumbiya, Türkiyə, Qazaxıstan, Britaniya, eləcə də azərbaycanlı laureat və diplomantlarına təqdim olunub.
Tədbirdə Mədəniyyət naziri Anar Kərimov, Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayqın, İsrailin Azərbaycandakı səfirinin müavini, Kolumbiyanın Azərbaycandakı səfiri, Britaniya və Qazaxıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak ediblər.
Konsertin açılış nitqini Əməkdar artist Nərgiz Əliyarova edib. O, öz çıxışında müsabiqənin yaranması və tarixi barədə danışıb. Həmçinin, burada yer alan əsərlər barədə məlumat verib.
Tədbirdə münsiflər heyətinin sədri, Xalq artisti Firəngiz Əlizadə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da çıxış ediblər.
Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, “cadeNZa” ansamblı, Nərgiz Əliyarova (piano), Gülnaz İsmayılova (vokal) və Mahir Tağızadənin (vokal) ifasında Üzeyir Hacıbəylinin və müsabiqə qaliblərinin əsərləri səslənib.