25 sentyabr səhər saatlarından paytaxt ərazisində gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu haqda bu gün, 24 sentyabr tarixində İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Şəhərin əsas küçə və prospektlərində, həmçinin, insanların çox toplaşdığı ərazilərdə tibbi-profilaktik tədbirlər keçiriləcək.
Bununla əlaqədar, BŞİH kimyəvi maddələrin toksikliyini nəzərə alaraq sakinlərə zərurət olmadan yaşadıqları ünvanı tərk etməməyi tövsiyyə edir.
23 sentyabr 2021-ci il tarixinə olan məlumata əsasən, son sutka ərzində ölkə ərazisində COVİD-19 infeksiyasına 1178 yoluxma qeydə alınıb. 2322 nəfər sağalıb, 24 nəfər vəfat edib. Aktiv xəstə sayı 27.140 nəfərdir.