24 sentyabr tarixində Bakı sakini qanunsuz ov etdiyinə görə Şabran rayonu ərazisində saxlanılıb. Bu haqda Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Araşdırma zamanı onun Bakı şəhər sakini İlkin Əcəmov olduğu müəyyən edilib
Keçirilən baxış zamanı brakonyerə məxsus 99-UU-811 dövlət nömrə nişanlı “NİVA” markalı avtomobildə diri vəziyyətdə vəhşi təbiətdən tutulmuş, adı “Qırmızı kitab”a düşən Qafqaz şahini aşkar olunub.
Faktla bağlı protokol tərtib olunub və qanuna müvafiq tədbirlər görülüb.
Baytar nəzarətindən sonra quş təbiətə buraxılıb.