Bilgəh çimərliyində bu gün, 24 sentyabr tarixində “Sahillər təmiz qalsın” adı altında tədbir keçirilib.

100-ə yaxın könüllünün iştirak etdiyi aksiyada 2 hektara yaxın sahil zolağı plastik və digər məişət tullantılarından təmizlənib. Əraziyə xüsusi texnika da cəlb olunub. Toplanmış tullantılar çeşidlənərək təkrar emal üçün “AzEkol” şirkətinə təhvil verilib.

Aksiya IDEA İctimai Birliyi, Ekologiya Nazirliyi və Baş Prokurorluğunun birgə təşkilatçılığı ilə baş tutub.