Bakıda məktəbin təmir işləri bir fəhlənin öhdəsinə buraxılıb. Bu barədə 24 sentyabr tarixində Bakutv-nin reportajından məlum olub.

Sentyabrın 22-dən məktəblərdə dərslər başlasada, Mehdiabad qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəb hal-hazırda şagirdlərin üzünə bağlıdır. Yayda məktəb təmirə bağlansa da, sonradan işlər dayandırılıb. Təhsil Nazirliyi tərəfindən sentyabrda məktəb yenidən təmirə başlanılıb, amma məlum olub ki, müəssisədə yalnız bir fəhlə işləyir.

Məktəbdə təmir işləri gecikdiyi üçün açılışı sentyabrın 29-na təxirə salınıb.

Qeyd edək ki, təmirə bağlanan məktəbin ibtidai sinif şagirdləri müvəqqəti 1 saylı tam orta məktəbə yerləşdirilib.