Paytaxtın Nərimanov rayonu Faiq Yusifov və Sübhan Ələsgərov küçələri yararsız vəziyyətdədir. Bu haqda bu gün, 24 sentyabr tarixində AZTV məlumat yayıb.
Yollarda asfalt örtüyü dağıldığından yayda toz, qışda isə palçıq yaranır.
“60 ildir biz burda yaşayırıq, bir dəfə də olsun asfalt vurulmayıb”- deyə sakinlərdən biri şikayət edir.
Onlar bildirirlər ki, yağış yağanda qum kanalizasiya xəttini doldurur.
Hal-hazırda Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10,5 km olan 15-dən artıq küçə və yolun təmiri işləri aparılır. Ötən gün, 23 sentyabrda Mirzə Uluqbəy küçəsinin təmir-bərpa işləri bitmişdir.