24 sentyabr tarixində Bakıda 3 şəhidin xatirə lövhəsinin və parkın açılış mərasimi baş tutub.

Xətai rayonunda Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərov, Birinci Qarabağ müharibəsinin şəhidləri Fəzair Ziyadov və Nadir Mahmudovun adını daşıyan parkın və xatirə lövhəsinin açılış tədbirində İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidlərin xatirəsi anılıb və onların döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs edilib.