Paytaxtın Xəzər rayonunda narkotik maddələrin alveri ilə məşğul olan 7 nəfər saxlanılıblar. Bu haqda bu gün, 24 sentyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mərdəkan qəsəbəsi sakini Məlik Əliyevin üzərindən və yaşadığı evdən 2 qram heroin və 13 kiloqramdan çox marixuana aşkar edilib.

Digər əməliyyatlar zamanı narkotacirlər – Emil Abdullayev, Uruf Balayev, Kamal Əskərov, Elvin Mehtiyev, Bəxtiyar Əskərov və Valid Qurbanov  saxlanılaraq Xəzər rayonu polis şöbəsinə gətiriliblər.

Faktlarla bağlı araşdırmalar davam edir.

Bundan əvvəl, 23 sentyabr tarixində paytaxt ərazisində narkotik maddələrin alveri ilə məşğul olan 6 nəfər saxlanılmışdır.