Sabunçu rayonu, Zabrat qəsəbəsində qadını qətlə yetirən Ramil Rəhmanovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda bu gün, 24 sentyabr məlum olub.

Cinayət işinə hakim Zeynal Ağayev tərəfindən baxılacaq. Məhkəmə iclasının keçiriləcəyi tarix təyin olunacaq.

İyunun 6-da saat 23:00 radalərində Svetlana Məmmədovanın bıçaqlanma nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılan araşdırmalara əsasən, Rəhmanov şəxsi münasibətlər zəminində Məmmədovaya bıçaq zərbələri vurmuşdur. Qadın xəstəxanada dünyasını dəyişmişdir.

Ramil Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur, cinayət işi açılmışdır.