Paytaxtın 44 saylı orta məktəbinin şagirdləri amonyak kimyəvi birləşməsini rahat üsulla əldə ediblər. Bu barədə 24 sentyabr tarixində Azərbaycan Televiziyası reportaj hazırlayıb.
Gənc ixtiraçılar Rəvan və Aylin məktəbin 11-ci sinif şagirdləridir. Hazırlıq prosesi aylar çəksə də, məktəblilər sonda istəklərinə nail olublar.
Məktəbin fizika müəllimi Gülarə Mustafayeva gənclərin əldə etdikləri nəticənin onu həm həyacanlandırdığını, həm də sevindirdiyini bildirib.
Mütəxəssislər bildirirlər ki, təbii yolla amonyak yalnız ildırımnan alınır, çunki ildırım on illik enerji ehtiyatını ödəyə bilir. Şagirdlərin laboratoriya şəraitində hazırladıqları bu kimyəvi birləşməyə isə daha az enerji sərf edilir.
Təhsil Nazirliyi bu ixtiraya görə gəncləri mükafatlandırıb. Gənclərin istəyi ixtiralarını patentləşdirmək, hədəfləri isə yenilikləri ilə dünyaya səs salmaqdır.