Sentyabrın 26-da Bakıda rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi baş tutacaq.

İmtahan Bakının 4 müəssisəsində, saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanda 785 namizəd iştirak edəcək.

Namizəd imtahana gələrkən bu sənədləri gətirməlidir:

  • şəxsiyyət vəsiqəsinin əslini
  • imtahana buraxılış vərəqəsini
  • sağlamlıq haqqında bəyannamə

Qeyd edək ki, binalara buraxılış saat 10:45 kimi davam edəcək, bundan sonra gələn iştirakçılar imtahan buraxılmayacaq.