Kardiologiya institutunun həkimi vəfat edib. Bu haqda bu gün, 25 sentyabr tarixində İnstitutun rəsmi Facebook səhifəsində məlumat yayılıb.

Gülməmməd Hacıyev COVİD-19 infeksiyasından dünyasını dəyişib. Kardioloqun 72 yaşı var idi.

Vəfat etmiş həkim Elmi –Tədqiqat Kardiologiya İnstitutunun elmi işçisi, tibb üzrə fəlsəfə doktoru adını daşıyırdı. O, Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil almışdır.