27 sentyabr tarixində Bakı Kitab Mərkəzində sorğu keçiriləcək. Sorğu 44 günlük Vətən müharibəsinin Anım gününə həsr olunub.
Həmin tarixdə gələn müştərilərə 5 fərqli sual veriləcək. İkinci Qarabağ (Vətən) Müharibəsi mövzusunda hazırlanan sualların hamısına düzgün cavab verən müştərilər mükafatlandırılacaq.
Hər qalibə Baku Book Center, «TEAS Press» və «3 alma» nəşriyyatları tərəfindən dəyərli kitablar hədiyyə olunacaq.