Teymur Rəcəbov bu gün, 25 sentyabr tarixində “Champion chess tour” yarışının final mərhələsində mübarizəyə başlayır.
Dünya çempionu Maqnus Karlsenin də iştirak etdiyi turnirdə ümumilikdə 10 nəfər mübarizə aparacaq.
İlk turda Rəcəbov rusiyalı Vladislav Artemiyev ilə qarşılaşacaq. Çempionlar turniri 4 oktyabr 2021-ci il tarixinə qədər davam edəcək.
“Meltwater Champions Chess Tour” dünyanın ən yaxşı şahmat oyunçuları arasında keçirilən yarışdır. 2020-ci ilin noyabr ayından başlayan müsabiqə, hər ay 1 mərhələ olmaqla, 10 mərhələdən ibarətdir.