Sabunçu rayonu, Maştağa qəsəbəsində polis işçiləri penitensiar xidmətilə birlikdə əməliyyat keçirib. Məhkum Vüqar Quliyevə məxsus olan torpaq sahəsində silah əşyaları aşkar olunub. Bu haqda bu gün, 25 sentyabr Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məhkum Vüqar Quliyev hal-hazırda Müalicə Müəssisəsində cəza çəkir. Aparılan əmiliyyat-axtarış tədbirləri nəticəsində torpaq sahəsində basdıraraq gizlətdiyi  bir ədəd “VALTRO mod85 COMBAT” model tapança, lüləyi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Daha öncə,  25 avqust tarixində Suraxanı rayonunda vətəndaşın üzərindən nömrəsi silinmiş “AKM” markalı avtomat tapılmışdır.