Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları oğurluq faktı ilə bağlı iki əməliyyat keçirib. Tədbirlər nəticəsində 3 nəfər saxlanılıb. Bu haqda bu gün, 25 sentyabr Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Sumqayıt şəhər sakini Ruslan Əzimov 24 min manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını oğurladığına görə saxlanılıb. O, ifadəsində etdiyi əməlləri etiraf edib. Baxış zamanı ondan əşyaların bəziləri aşkar olunaraq götürülüb. Əzimov həmin evdə usta kimi işləyib və mənzilə maneəsiz daxil olmağın yollarını bilirdi.

Daha bir axtarış-əməliyyat tədbiri nəticəsində Ümid Bayramov və Füzuli Hüseynov saxlanılıblar. Onlar müxtəlif zamanlarda kafedən 700 manat dəyərində televizor, yeni tikilən binadan isə 1000 manat dəyərində təmir-tikinti əşyaları mənimsəyiblər. Hər iki şəxs etdiyi cinayəti etiraf ediblər.

Faktlarla bağlı cinəyət işləri başlanılıb, araşdırmalar aparılır.