Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində şəhid ailəsinin yaşadığı küçə abadlaşdırılır. Bu haqda bu gün, 25 sentyabr tarixində Suraxanı rayonu İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində məlumat yayılıb.

Vətən müharibəsi şəhidi İsa Məmmədovun ailə üzvlərinin yaşadığı Südçülük sovxozu adlanan yaşayış massivində 3535 kv.m asfalt örtüyü salınıb. Həmçinin, mərhumun xatirəsinə bulaq-abidə kompleksi inşa olunub.

Bundan əvvəl, 16 sentyabr tarixində eyniadlı rayonun Qaraçuxur qəsəbəsində Nizami İsmayılov küçəsi əsaslı təmir olunmuşdur.

Foto Suraxanı Rayon İcra Hakimiyyətinin Facebook səhifəsi
Foto Suraxanı Rayon İcra Hakimiyyətinin Facebook səhifəsi
Foto Suraxanı Rayon İcra Hakimiyyətinin Facebook səhifəsi
Foto Suraxanı Rayon İcra Hakimiyyətinin Facebook səhifəsi