Xəzər rayonu Dübəndi sahilində təmizlik aksiyası keçirilib. Bu haqda bu gün, 25 sentyabr tarixində Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

100-dən çox adamın iştirak etdiyi tədbirdə 6 hektardan çox ərazi məişət tullantılarından təmizlənib. Daha sonra tullantıların çeşidlənməsi üçün konteynerlər yerləşdirilib.

Aksiyada Ekologiya Nazirliyinin, Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) və “AzEkol” şirkətinin nümayəndələri, eləcə də könüllülər və məktəblilər iştirak edib.

Bundan əvvəl, 24 sentyabr tarixində “Təmiz sahillər” devizi altında Bilgəh çimərliyində tədbir təşkil olunmuşdur.

Foto ETSN-in rəsmi saytı
Foto ETSN-in rəsmi saytı
Foto ETSN-in rəsmi saytı
Foto ETSN-in rəsmi saytı