Bu gün İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümüdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına əsasən, 44 günlük Vətən Müharibəsi zamanı Bakı şəhərindən 328 nəfər hərbi qulluqçu həlak olmuşdur. 27 sentyabr 2020-ci ildə Bakı şəhərinin Şəhid olmuş hərbi qulluqçularının siyahısı:

  1. Mansurov Elçin Elşən (25.11.1984-27.09.2020)
  2. Qasımov Ramiz Vaqif (17.02.1975-27.09.2020)
  3. Rəhimli Kamil Vəli (19.04.1993-27.09.2020)
  4. Heydərov Əli Vaqif (09.02.2020-27.09.2020)
  5. Məmmədov Fəxri Habil (27.07.2000-27.09.2020)
  6. Məmmədov Elcan Zöhrab (09.08.1989-27.09.2020)
  7. Qurbanov İmran İlqar (23.05.1989-27.09.2020)
  8. Hüseynov Orxan Bəhmən (25.07.1991-27.09.2020)
  9. Kəlbəliyev Mirkazım Firuz (05.11.1992-27.09.2020)
  10. Bəhmənli Manaf Bəhmən (02.01.1998-27.09.2020)
  11. Qasımov Abbas Rza (07.03.1986-27.09.2020)

Müharibə 27 sentyabr 2020-ci il səhər saatlarında Azərbaycan və Ermənistan arasında, I Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Həmin gün Ermənistan Silahlı Qüvvələrinin təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutdu. Ermənistan ordusunun qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusu tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Bunun ardınca Azərbaycanda hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edildi.

Müharibə nəticəsində Azərbaycan ordusu Ermənistan tərəfindən işğal olunan 20% torpaqlarımızı azad etdi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!