Bu gün, 27 sentyabr tarixində İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatı başlayır. Bu haqda məlumat Azərbaycan şahmat federasiyasının mətbuat xidməti paylaşıb.
Çempionatda A və B qruplarında cəmi 12 komanda iştirak edəcək. Birinci turda qruplarda ilk dördlükdə qalib gələn komandalar növbəti mərhələyə keçiriləcəklər. Final mübarizədə oyunlar olimpiya sistemi ilə, eləcə 45 dəqiqə + 10 saniyə nəzərət vaxtı ilə keçiriləcək.
Azərbaycan komandası ilk turda Hindistan komanda ilə qarşalaşacaq, ikinci turda isə Ermənistan komandası ilə mübarizə aparacaq.
Azərbaycanı yarışda təmsil edən idmançılar Gülnar Məmmədova, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva,Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadır.
Çempionat oktyabrın 3-də yekunlaşacaq.