Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunan daha bir beynəlxalq turnir keçirilib. Bu haqda Real TV reportaj hazırlayıb.
Hər il ənənəvi olaraq təşkil olunan yarışda bu dəfə 17 ölkənin idmançıları mübarizə aparıblar.
Yerli tennisçilərlə yanaşı turnirdə Turkiyə, Almaniya, Belarus, Rumıniya və digər ölkələrdən olan idmançılar qüvvələrini sınayıblar.
Yarışda ümumi olaraq 28 oğlan və 2 qız mübarizə aparıb.
Tennisçimiz Tamerlan Əzizov inamlı oyunu ilə diqqət çəkib.
O, finalda rusilayı rəqibinə qalib gələrək baş mükafata yiyələnib.