Bakıda 27 sentyabr tarixində mənzildə qadın meyiti tapılıb. Hadisə Nəsimi rayonunda baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat verib.
FHN-in “112” qaynar xəttinə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumata daxil olub.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilin giriş qapısını açdıqda orada 68 yaşlı Nina Kupriyanovanın meyiti aşkarlanıb. Meyit adiyyəti üzrə təhvil verilib.